Yelo Bank əmək fəaliyyəti səmərəliliyin ölçülməsi sisteminin yaradılması üzrə tender elan edir

“Yelo Bank” ASC, əməkdaşların əmək fəaliyyəti səmərəliliyin
ölçülməsi sisteminin yaradılması məqsədilə açıq tender elan
edir.

Texniki şərtlər tenderdə iştirakını təsdiqləyən şirkətlərə
elektron məktub vasitəsilə göndəriləcək.

Tenderdə iştirak etmək üçün təqdim edilməli
sənədlər:

  • Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd
    olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə
    e-mail vasitəsilə göndəriləcək)
  • İddiaçının hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı
    haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.)
    surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama
    səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən
    sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə
    portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat,
    portfolio və s.)
  • Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər
    (Tender qalibi elan olunduqdan sonra)

Tenderin qalibi aşağıdakı meyarlar üzrə
müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Təklif edilən Sistemin funksionallığı
  • Təklif ediləcək məhsulun qiyməti
  • Müqavilənin icra müddəti

Tender təklifinin təqdim edilməsi üçün son
tarix:

  • Tender təklifləri 8 aprel 2022-ci il, Bakı vaxtı ilə saat
    18:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına təqdim
    edilməlidir;
  • Zərflər bağlı və hər küncü möhürlənməlidir;
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər
    qəbul olunmayacaq.

Ödəniş və digər şərtlər

  • Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 10%-i
    həcmində Bank zəmanəti təqdim etməlidir. Əks halda zərurət
    yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan
    sonra ümumi müqavilə məbləğindən 30%-ə qədər ilkin ödəniş edə
    bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
  • Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci
    mərhələsi elan edilə bilər.

Satınalan təşkilatın ünvanı

Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Həcər Kamalova

Təchizat və satınalma şöbəsinin mütəxəssisi
+99412 981 daxili 2057
+99450 710 73 43

[email protected]

[email protected]

Tenderin nəticəsi haqqında məlumat

Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir
iştirakçısına təqdim ediləcəkdir.