Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün

Sahibkarlığın inkişafına və maliyyələşməsinə hər zaman dəstək
olan Yelo Bank real sektorun inkişafı istiqamətində geniş imkanlar
yaradır. Belə ki, Bank Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə
əməkdaşlıq çərçivəsində illik 5%-dən başlayan biznes kreditləri
təklif edir.

Fondun vəsaiti hesabına Yelo Bank-dan 10 milyon manatadək biznes
kreditini illik cəmi 5% ilə əldə etmək mümkündür. Əlavə olaraq,
kredit götürmüş sahibkarlar kredit müddətinin yarısınadək güzəşt
müddəti üstünlüyündən də faydalana bilər.

Qeyd edək ki, Yelo Bank 2022-ci ilin ilk rübü üzrə Sahibkarlığın
İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına verilən kreditlərin
sayına görə müvəkkil banklar arasında ilk 5-likdə qərarlaşıb. Aprel
ayının sonunadək Yelo Bank böyük əksəriyyəti regionlar, xüsusilə də
kənd təsərrüfatı olmaqla, real sektorun inkişafına 2.3 milyon manat
güzəştli kredit verib. Ümumilikdə isə bu dövr ərzində Bank
bizneslərin maliyyələşməsinə 110.5 milyon manat kredit ayırıb.

Sifariş üçün istənilən filiala yaxınlaşa və ya linkə keçid edə
bilərsiniz: https://bit.ly/yltrhgs

Bank xidmətləri (kredit, kart,
depozit, mobil əlavə və s.) haqqında əlavə sualınız var? O zaman
981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp
hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: