Ötən gün Yelo Bank öz baş ofisində bank üçün qeyri-adi bir
tədbirə ev sahibliyi etdi.
Tədbir zalında Bankın qonaqlarının və əməkdaşlarının iştirakı
ilə 8 Mart Qadınlar gününə həsr olunmuş “Tanqo ətirli qadın” adlı
klassik musiqi gecəsi baş tutdu. Gecənin əsas ifaçıları xalq
artisti Fidan Hacıyeva və onun qadınlardan ibarət “MEZZO” adlı
kamera orkestrı idi.
Xatırladaq ki, “MEZZO” Azərbaycanın xanımlardan ibarət ilk
kamera orkestridir. Tədbir başlamazdan öncə Bankın İdarə Heyətinin
sədri Anar Həsənov qonaqları salamlayaraq gecənin əsas səbəbkarları
olan xanımları təbrik etdi və onların cəmiyyətimizin həyatında
əvəzsiz rolundan bəhs etdi.
Konsertin proqramında ölməz sənətkarlarımızın seçmə əsərləri ilə
yanaşı, dünya klassiklərinin məşhur musiqiləri də yer alırdı.
Səhnədə Fidan Hacıyeva ilə bərabər əməkdar artist Fərid Əliyev və
Fidan xanımın musiqi məktəbinin tələbələri, həmçinin Bank əməkdaşı Nicat Hacılı da çıxış
etdi.
Konsertdə müəllifi Bakı Musiqi Akademiyasının professoru, Könül
Hüseynova olduğu “Şuşam mənim” mahnısı elə öz piano müşayiəti ilə
Fidan xanımın ifasında səsləndirildi. Xatırladaq ki, Könül
Hüseynova şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat
yoldaşıdır. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin yaxın xanım
üzvləri də iştirak edirdi və qonaqlar onları ayaqüstü alqışlarla
salamladılar.
Zərif və incə mühitdə keçən tədbirdə “MEZZO” orkestrinin həzin
ifası gecəyə ayrı bir gözəllik və qeyri-adi ovqat qatdı. Çıxışların
hər biri dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılandı.
Konsert yüksək əhval ruhiyyə ilə sona çatıb.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!