Texniki şərtlər elana link olaraq əlavə olunur.
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
– Qiymət təklifi (ƏDV qeyd olunmaq)
– Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə email vasitəsilə göndəriləcək)
– İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
– Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
– Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan olunduqdan sonra)
-Tender təklifini təqdim edən şirkətCisco proqram təminatı üzrə xidmətləri təmin
etmək qüvvədə olan səlahiyyətə sahib olmalıdır
– Tender təklifini təqdim edən şirkət Cisco proqram təminatı üzrə xidmətləri təmin
etmək qüvvədə olan səlahiyyətə sahib olmalıdır
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- Tender təklifləri 01 İyun 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Şirkətlər tenderdə iştirakını 25 May 2021 tarixinə qədər elanda qeyd olunan əlaqədar şəxsə elektron məktub vasitəsilə təsdiqləməlidirlər
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
Ödəniş və digər şərtlər
– Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər.
– Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-i həcmində Bank zəmanəti təqdim etməlidir.
– Təklif qiyməti bütün vergilər daxil təsvir olunmalıdır.
– Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq proqram təminatının həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
Satınalan təşkilatın ünvanı
Bakı şHəsən Bəy Zərdabi küç 81K, AZ1012
Əlaqələndirici şəxs:
1)Nigar Baxşiyeva
İnzibati və Təchizat departamentinin
Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+9455 4577616