“Yelo Bank” ASC açıq tender elanı

“Yelo Bank” ASC, Bankın filiallarında təmizlik xidmətinin
göstərilməsi məqsədilə açıq tender elan edir.

Texniki şərtlər, tenderdə iştirakını təsdiqləyən şirkətlərə,
elektron məktub vasitəsilə göndəriləcək.

Tenderdə iştirak etmək üçün təqdim edilməli
sənədlər:

  • Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd
    olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə
    e-mail vasitəsilə göndəriləcək)
  • İddiaçının hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı
    haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.)
    surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama
    səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən
    sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə
    portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat,
    portfolio və s.)
  • Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər
    (Tender qalibi elan olunduqdan sonra)

Tenderin qalibi aşağıdakı meyarlar üzrə
müəyyənləşəcəkdir:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Təklif edilən xidmətin keyfiyyəti
  • Təklif ediləcək xidmətin qiyməti

Tender təklifinin təqdim edilməsi üçün son
tarix:

  • Tender təklifləri 22 aprel 2022-ci il, Bakı vaxtı ilə saat
    18:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına təqdim
    edilməlidir
  • Zərflər bağlı və hər küncü möhürlənməlidir
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər
    qəbul olunmayacaq

Ödəniş və digər şərtlər

  • Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 10%-i
    həcmində Bank zəmanəti təqdim etməlidir. Əks halda zərurət
    yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan
    sonra ümumi müqavilə məbləğindən 30%-ə qədər ilkin ödəniş edə
    bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank
    zəmanəti təqdim etməlidir.
  • Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci
    mərhələsi elan edilə bilər.