Yelo Bank korporativ sosial məsuliyyət çərçivəsində ölkədə
ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə
qatılmağa davam edir.
Bu dəfə 11 aprel tarixində Yelo Bank-ın rəhbər və işçi heyəti “Yaşıl
Marafon” ağacəkmə kampaniyasına qatıldılar. Kampaniya çərçivəsində
Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 50 hektarlıq ərazidə
maliyyə assosiasiyalarının iştirakı ilə müxtəlif ağaclar əkildi.
Ərazidə həmçinin damla-suvarma sistemi də qurulub.
Qeyd edək ki, Marafon IDEA İctimai Birliyinin, Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Banklar Assosiasiyasının
(ABA) birgə təşkilatçılığı ilə keçirilib. Marafonda Abşeron
yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın eldar şamı
və zeytun ağacı əkilib.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!
Yelo Bank –
Parlaq bankçılıq!