ABŞ maliyyə naziri Canet Yellen Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin koalisiyasını yaratmağı təklif edib.
AzerTimes xəbər verir ki, nazir bu fikri cümə axşamı “Nyu York Tayms”ın təşkil etdiyi və onlayn yayımlanan tədbirdə çıxışı zamanı səsləndirib.
Onun fikrincə, bu, məhdudiyyətin səmərəliliyini artıracaq:
“Məncə, bizə Rusiyaya qarşı sanksiyaların tətbiqinə razılıq verəcək kifayət qədər böyük ölkələrin birliyi lazımdır”, – Yellen bildirib.