Yellen: Rusiyanın orada yeri yoxdur!

Yellen: Rusiyanın orada yeri yoxdur!

Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün dünyada mənfi nəticələrə səbəb olur və buna görə də Rusiya rəsmilərinin G20 maliyyə nazirlərinin görüşündə yeri yoxdur.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen İndoneziyada maliyyə nazirlərinin görüşü ərəfəsində deyib .

O, Rusiyanı məsuliyyətə cəlb etməyə çağırıb.

“Düşünürəm ki, Rusiyanın bu görüşlərdə iştirakının normal bir şey ola bilməyəcəyini açıq şəkildə ifadə etdim, – Yellen suala belə cavab verib.

ABŞ-ın maliyyə naziri ukraynalı həmkarı ilə görüşü səbirsizliklə gözlədiyini vurğulayıb.

Teqlər: