OPEK+ ölkələrinin neft hasilatını azaltmaq qərarı qlobal iqtisadiyyata, xüsusən də inkişaf etməkdə olan ölkələrə zərər verəcək.
AzerTimes xəbər verir ki, bu sözləri bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib
“Məncə, OPEK-in qərarı faydasız və düşünülməmişdir. Bunun son nəticədə hansı təsirə malik olacağı bəlli deyil, lakin üzləşdiyimiz şəraitdə bu, şübhəsiz ki, mənə yersiz görünür. Biz inkişaf etməkdə olan ölkələr və onların üzləşdiyi problemlərdən çox narahatıq”, – deyə Yellen bildirib.
Qeyd edək ki, Rusiya və Ərəbistanın razılaşmasına əsasən, OPEK+ gündəlik neft hasilatını 2 milyon barrel azaltmaq qərarı verib.