Yelenovkadakı terror aktını “Vaqner” törədib

Yelenovkadakı terror aktını “Vaqner” törədib

Yelenovkada Ukrayna müdafiəçilərinin ölümünə səbəb olan partlayış ruslar tərəfindən törədilmiş təxribat və qeyd-şərtsiz terror aktıdır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Məlumata əsasən, partlayış Yevgeni Priqojina adlı şəxsin əmri ilə “Vaqner” muzdlularının əli ilə həyata keçirilib.

Qeyd edək ki, Donetsk vilayətinin ruslar tərəfindən nəzərətdə olan Yelenovka şəhərində hərbi əsirlərin olduğu keçmiş 120 saylı cəzaçəkmə müəssisəsində güclü partlayış baş verib. 40-a yaxın ukraynalının həlak olduğu bildirilir.

Teqlər: