Yelenovka atəşə tutuldu: 40-a yaxın ölü, 130-a yaxın yaralı

Yelenovka atəşə tutuldu: 40-a yaxın ölü, 130-a yaxın yaralı

Donetsk vilayətinin Yelenovka kəndində ukraynalı məhbusların saxlandığı 120 saylı islah koloniyası ruslar tərəfindən atəşə tutulub. Atəş zərbəsindən 40-a yaxın insan həlak olub, 130 nəfər isə yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, koloniyanı ruslar əsirlik kimi istifadə edib. Belə ki, burada mülki vətəndaşlar və hərbi əsirlərin saxlandığı bildirilir.

Qeyd edək ki, aktla bağlı müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə ibtidai istintaq başlayıb.

Teqlər: