Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
AzerTimes xəbər verir ki, bu barədə Ali Rada məlumat yayıb.
Nümayəndə heyətinin səfəri 1-3 may tarixlərində baş tutacaq.
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq Ukrayna nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.