HƏMAS lideri Yəhya Sinvar sağdır və Qətər vasitəçiləri ilə əlaqəni bərpa edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası öz mənbələrinə, o cümlədən “Əl-Ərəbiyyə” və “Deyli Meyl”ə istinadən məlumat yayıb.
Qətər diplomatı “Yerusəlim Post”a bildirib ki, Yəhya Sinvarla birbaşa təmas haqda məlumat yalandır, bütün danışıqlar HƏMAS-ın yüksək səviyyəli siyasi xadimi Xəlil əl-Hayah vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, ötən gün Qətər rəsmiləri Yəhya Sinvarla əlaqə saxlaya bilmədiklərini açıqlamışdılar. Onun ölməsi haqda iddia isə 23 sentyabrda yayılmışdı.