Yəhudilərlə fələstinlilərin fərqi… – Vasserman

Yəhudilərlə fələstinlilərin fərqi… – Vasserman

Yəhudilər və ərəblər arasında münaqişə həmişə davam edəcək. Çünki hər iki tərəfin həllolunmaz ziddiyyətləri var.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman deyib.

O bildirib ki, bu iki xalq fərqli anlayış və adət-ənənələrlə yaşayır:

“Məhz bu fərqlilik onların münasibətlərində büdrəməyə səbəb olur. Yəhudilərlə ərəblərin torpaq mülkiyyəti ilə bağlı əsaslı şəkildə fərqli təsəvvürləri var. Bu fikirlər indiyədək aradan qaldırılmayıb. Məsələn, ərəb adətinə görə torpağın sahibi dəyişə bilər, lakin bu torpağın kirayəçiləri qarşısında öhdəliklər bir neçə nəsil ərzində qalır. Yəhudi adətlərinə əsasən isə əgər torpaq almısınızsa, onunla istədiyiniz hər şeyi edə bilərsiniz. Bu sadəcə bir nümunədir, ən sadə olan nümunə. Amma buradan aydın olur ki, bu cür adət-ənənə fərqi ilə iki xalqın bir araya gəlməsi olduqca çətindir”.

Deputat vurğulayıb ki, bir neçə nəsil analitiklər və siyasətçilər bu problemi həll etməyə çalışsalar da, hələ də həlli tapılmayıb.

Teqlər: