Yəhudilərlə ermənilər arasında toqquşma – Fransadan bəyanat

Yəhudilərlə ermənilər arasında toqquşma – Fransadan bəyanat

Fransa Qüdsdə israillilərlə ermənilər arasında toqquşmalardan narahatdır.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın Qüdsdəki Baş Konsulluğunun bəyanatında bildirilib.

“Fransa Qüdsün erməni məhəlləsində dünən baş verən hadisələrdən narahatdır. Biz İsrail hakimiyyətini Qüdsdəki status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, aprelin 4-də Qüdsdə mübahisəli torpaq sahəsində israillilərlə erməni icmasının radikal fəalları arasında toqquşma baş verib. İcma nümayəndəsinin sözlərinə görə, buna səbəb “quraşdırılmış hasarların polis tərəfindən qanunsuz olaraq sökülməsidir”.

Teqlər: