Yəhudilər etiraza qalxdı, polis onları həbs etdi

Yəhudilər etiraza qalxdı, polis onları həbs etdi

ABŞ-ın Oklənd şəhərində (Kaliforniya) yəhudi fəalların başçılığı ilə yüzlərlə etirazçı Qəzzada hərbi əməliyyatların dayandırılması tələbi ilə federal binanın qarşısında oturaq aksiya keçirib.

AzerTimes AP-yə istinadən xəbər verir ki, aksiyadan sonra onlarla iştirakçı saxlanılaraq polis bölmələrinə aparılıb.

Bildirilib ki, etirazçılar “Yəhudilər atəşkəs tələb edir”, “Qəzza yaşamalıdır” kimi yazıları olan köynəklərlə aksiyaya çıxıblar.

Qeyd edək ki, ötən gün Çikaqoda dəmiryol vağzalına toplaşaraq İsrail konsulluğuna girişi bağlamış və ABŞ-dan İsraildə atəşkəs üçün dəstək tələb ediblər.

Teqlər: