Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.
AzerTimes xəbər verir ki, ilk oyun günü “Qarabağ” doğma meydanda “Turan Tovuz”u qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb – 4:3.
Çempionluğu vaxtından əvvəl təmin edən Qurban Qurbanovun komandası bu nəticənin ardından xallarını 82-yə yüksəldib. Tovuz klubu isə 45 xalda qalıb.
Qeyd edək ki, XXXV turun digər görüşləri mayın 18-də və 19-da gerçəkləşəcək.