Yeddi dəfə yüngül, iki dəfə sürətli: uçan motosiklet… – Video

Yeddi dəfə yüngül, iki dəfə sürətli: uçan motosiklet… – Video

Polşanın “Volonaut” şirkəti gələcəyin texnologiyasını xatırladan yeni uçan motosikletini – “Volonaut Airbike” modelini təqdim edib.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu aparat reaktiv itələmə ilə işləyir və 200 km/saat sürətə çata bilir.

Korpusun hazırlanmasında 3D çap texnologiyasından istifadə olunub. Bu da onu adi motosikletdən 7 dəfə daha yüngül edir.

Satışların yaxın zamanda başlayacağı bildirilir, lakin dəqiq tarix hələ açıqlanmayıb.

Teqlər: