Yazıq gəlinimi erməni eləmişdilər – Sabiq nazir

Yazıq gəlinimi erməni eləmişdilər – Sabiq nazir

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov övladlarının illər əvvəl Nyu Yorkda 2 bahalı mənzil alması ilə bağlı xəbərlərə münasibət bildirib.

AzerTimes xəbər verir ki, sabiq nazir Modern.az-a geniş müsahibəsində yayılan məlumatları təkzib edib.

“Onu deyən şəxslər bilmir ki, Amerika bank sistemi necə işləyir. Hansı bankla əməliyyat etmişəm, yazışmaların hamısı var. Evdə bununla bağlı beş kiloqrama yaxın sənəd var, hamısını saxlayıram. Ona görə də mən rahatam. Bu, mənə qarşı kampaniya idi, özü də bilirəm ki, bunun arxasında kim dayanırdı. Amma bu böhtanların heç biri mənə dəymir, mən elə şeylərə fikir vermirəm. Mənim yazıq gəlinimi erməni eləmişdilər. Atası italyan, anası irlandiyalı, özü amerkandı. Başa düşmürdü, deyirdi ki, mənim üstümə niyə düşüblər?” – o bildirib.

Teqlər: