Yazıçı kitablarını satdı, pulunu YAŞAT Fonduna köçürdü

Yazıçı kitablarını satdı, pulunu YAŞAT Fonduna köçürdü

Tanınmış yazıçı-publisist Etibar Muradxanlı “İlin beşinci fəsli” sənədli romanının satışından əldə etdiyi gəliri YAŞAT Fonduna köçürüb.

Bu barədə AzerTimes-a yazıçı özü məlumat verib.

O bildirib ki, 29 sentyabr 2022-ci ildə Yazıçılar Birliyinin “Natəvan” klubunda kitabın təqdimatı keçirilərkən, romanın satışından əldə etdiyi gəliri YAŞAT Fonduna köçürəcəyinə söz verib:

“İndi oxucularıma hesabat verməyi özümə borc bilirəm”.

E.Muradxanlı kitabın bir ay ərzində satışından 1.250 manat gəlir əldə etdiyini və hamısını Fonda köçürdüyünü əks etdirən qəbzi də təqdim edib.

Qeyd edək ki, 44 günlük müharibə haqda ilk sənədli roman olan “İlin beşinci fəsli”ndən parçalar AzerTimes-da hissə-hissə yayımlanıb.

E.Muradxanlı həm də xüsusi təyinatlı əsgər, şəhid baş leytenant Əliqismət Yaqublunun əmisidir. Romanda həm də Ə.Yaqublunun obrazı yaradılıb.

Etibar Muradxanlının oğlu isə Vətən müharibəsi veteranıdır.

Teqlər: