Yazıçı deputatlığa namizəd oldu

Yazıçı deputatlığa namizəd oldu

Yazıçı Əyyub Qiyas 1 sentyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək.

AzerTimes xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının siyahısı üzrə 42 saylı Sumqayıt birinci seçki dairəsindən namizədliyini irəli sürən yazıçı-publisist Əyyub Qiyasın namizədliyi artıq DSK tərəfindən təsdiq edilib. Əyyub Qiyas imzatoplama kampaniyasına başlayıb.

Qeyd edək ki, Əyyub Qiyas oğlu Abasov 1968-ci ildə Lənkəran şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr sənəti fakültəsini bitirib. 1992-1994-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunda ali ssenari kursunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

“Qızıl kəlmə” və “Mahmud Qaşğari” mükafatlarının laureatıdır.

Teqlər: