Türkiyəli geofizik, professor Ovgün Əhməd Ərcan ölkədə yaza qədər güclü zəlzələ olacağını proqnozlaşdırıb.
AzerTimes xəbər verir ki, o, bu barədə “Haber Global”a danışıb.
“Düşünürəm ki, biz yaza qədər zəlzələ görəcəyik. Hazırda bunun harda olacağını bilmirəm. Təəssüf ki, mənzərə belədir”, – deyə alim bildirib.