Yaz sessiyasında verilən təhsil kreditlərinin sayı açıqlanıb

Yaz sessiyasında Təhsil Tələbə Krediti almaq üçün müraciət edən
tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan AzerTimes-a verilən məlumata görə, yaz
sessiyasında ümumilikdə 4478 tələbə müraciət edib.

Onlardan 658-i natamam, 525-i emalda olan müraciətdir. 279
müraciətə imtina verilib, 504 müraciət isə banka göndərilib.

Yaz sessiyasında ümumilikdə 2512 təhsil tələbə krediti verilib.
Onlardan 882-si sosial, 1630-u isə standart təhsil krediti
olub.

Teqlər: