Yayılan virusun korona ilə oxşarlığı… – İnfeksionist

Yayılan virusun korona ilə oxşarlığı… – İnfeksionist

Azərbaycanda yayılan virusun əlamətləri koronavirusun klinik çalarları ilə eynidir.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, payız və qış aylarında havaların soyuması baş verən zaman kəskin respirator virus infeksiyaları daha çox yayılır:

“İstər böyüklər, istərsə də uşaqlar arasında çoxsaylı xəstələnmə halları törədir. Bu viruslar müxtəlifdir, hər mövsümdə bəziləri yenilənir. Onların törətdikləri xəstəliklərin əlamətləri oxşardır. Bu, koronavirusun klinik çalarları ilə eynidir. Ona görə hər bir şəxs bu cür əlamətlər olduqda müraciət edərək özündə məhz koronavirus infeksiyasının olub-olmamasını müəyyən edə bilər, yəni laborator üsullarla yalnız bu suala cavab verilə bilər.

Onu da qeyd edək ki, qrip və koronavirusdan savayı adıçəkilən respirator viruslar yüngül keçir, çox az hallarda, əsasən risk qruplarına daxil olan insanlarda müəyyən fəsadlar verə bilir. Ona görə də bu cür mövsümi virus infeksiyaları xüsusi hallar olmadıqda heç bir ölkədə rutin identifikasiya olunmur”.

Teqlər: