Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bütün proseslər hazırkı kimi davam edərsə, yəqin ki, biz SARS-CoV-2 virusu ilə yay aylarında vidalaşarıq.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla deyib.
Onun sözlərinə görə, artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın nəzarət altında olduğunu qeyd edib:
“Azərbaycanda vaksinasiya prosesi çox effektli şəkildə həyata keçirilir. Yanvar ayının 18-dən ölkəmizdə başlanılan vaksinasiya prosesi bu şəkildə davam edərsə, martın ortalarına xeyli sayda insanda immun sisteminin formalaşması baş verəcək.
ÜST rəhbəri də bu yaxınlarda hesabat verərkən dedi ki, biz artıq pandemiyanı nəzarət altına götürmüşük. Mən də hesab edirəm ki, pandemiya artıq nəzarət altına alınır, sadəcə vaksinlərin dünya üzrə ədalətli paylanılması ən vacib məsələlərdən olmalıdır”.