Yay aylarında balıq yemək olar?

Yay aylarında balıq yemək olar?

Bir çox ölkələrdə qış aylarında “r” hərfi yoxdur. Onda belə çıxır ki, onlar qışda balıq yeməli deyil?

Bu sözləri AzerTimes-a açıqlamasında yay aylarında (adında “r” hərfi olmayan aylarda – red.) balıq məhsullarının istifadəsi ilə bağlı danışan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov deyib.

O bildirib ki, qırmızı ətin həzmi üçün 6 saat vaxt lazım olduğundan yay aylarında ət yemək məsləhət görülmür:

“Balıq yüngül zülal olduğundan elə yay aylarında yeyilməlidir. Saxlama qaydasına düzgün riayət etdikdən sonra niyə zəhərlənmə olsun ki?! Hər hansı bir ərzaq düzgün saxlanılmasa, hazırlanmasa, əlbəttə, zəhərlənmə baş verə bilər. Hətta ətdən də zəhərlənmək olar”.

T.Əmiraslanov bu mövzuda lazımsız məsləhət verənləri qınayıb:

“Hər yerindən qalxan diyetoloq, ekspert olur və ağıllarına gələni danışırlar. Kimsə bu absurd və məntiqsiz fikri yayıb, insanlar da ona inanıb. Xalqa faydasız məsləhətlər verirlər. Sonda isə camaat əziyyət çəkir.

Ürəyiniz istəyən vaxt qorxmadan balıq yeyə bilərsiniz. Sadəcə düzgün qaydada bişirin”, – Assosiasiya rəhbəri deyib.

Teqlər: