UEFA Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” – “Bayer” oyunu ilə bağlı paylaşım edib.
AzerTimes xəbər verir ki, paylaşımda hər iki komandanın yaxşı formada olduğu bildirilib.
“UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda cümə axşamı Bakıda görüşəcək”, – paylaşımda vurğulanıb.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.