Çox yaxın gələcəkdə Qərb və Ukrayna üçün pis xəbərlərə hazırlaşın.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya TŞ-nin iclasında deyib.
“Kiyev rejiminin hərbi planları tam fiaskoya uğradı. Ona görə də Zelenski və onun dəstəsi üçün yeni hərbi və maliyyə yardım paketlərinin Vaşinqtonda və ya Brüsseldə təsdiq edilib-edilməməsindən asılı olmayaraq, çox yaxın gələcəkdə ən pis xəbəri gözləyin”, – Nebenzya bildirib.
Diplomat Rusiya üzərində hərbi qələbəni əlçatmaz adlandırıb.