Yaxın zamanda pensiyanın yenidən hesablanması təyinatı rəsmiləşəcək – DSMF

Xəbər - Humay Ağacanova – Trend:

Praktik qaydada pensiyanın yenidən hesablanması təyinatı ilə bağlı hazırda müzakirələr gedir. Yaxın zamanlarda bu rəsmiləşəcək.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.


O qeyd edib ki, işləyən şəxs işləməyən pensiyaçı kateqoriyasına keçdikdə və işdən azad olunmasa belə, 6 il və daha çox fəaliyyəti olarsa, əmək pensiyası 6 ildən sonra yenidən hesablana bilər.

Teqlər: