Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün tikilən yaşayış kompleksinin açılışı olacaq.

AzerTimes-ın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.

Onun sözlərinə görə, Bakı üzrə mənzillərin verilməsinə başlanılıb:

“Artıq bu kateqoriyadan olan 260 şəxsə mənzillərin verilməsi həyata keçirilib. Bu şəxslər Bakı şəhəri üzrə qeydiyyatda olanlardır. Artıq iki kompleksin açılışı olub və yaxın vaxtlarda daha bir kompleksin açılışı nəzərdə tutulur”.

Teqlər: