Yaxın vaxtlarda Putinlə Lukaşenko görüşəcək

Yaxın vaxtlarda Putinlə Lukaşenko görüşəcək

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında yaxın vaxtlarda görüş keçiriləcək.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.

“Təkcə bu ilin əvvəlindən prezidentlərimizin beş görüşü baş tutub. Yaxın vaxtlarda daha bir görüş planlaşdırılır”, – Qrızlov bildirib.

Qrızlov qeyd edib ki, 2022-ci ildə Rusiya və Belarus diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək.

Teqlər: