Yaxın vaxtda ABŞ Ukraynaya yeni hərbi yardımını elan edəcək

Yaxın vaxtda ABŞ Ukraynaya yeni hərbi yardımını elan edəcək

Ağ Ev yaxın vaxtlarda Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

AzerTimes xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi yeni yardımın təfərrüatı barədə məlumat verməkdən imtina edib və danışıqların davam etdiyini söyləyib.

Kirbinin sözlərinə görə, Rusiya yenə ukraynalıların ürəyinə qorxu salmağa və qış şəraitində həyatı çətinləşdirməyə çalışır.

Teqlər: