Zəngəzur dəhlizi mövzusu getdikcə Türkiyənin ictimai gündəminin ən mühüm hissəsinə çevrilir.
AzerTimes xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan deyib.
O bildirib ki, artıq Türkiyə müxalifəti də bu mövzunu gündəmdə saxlayır. Buna missal olaraq Geqamyan İYİ Partiyasının sədri Maral Akşənərin çıxışını göstərib.
“Zəngəzur dəhlizi hazırda bütün Yaxın Şərqin ən mühüm problemlərindən biridir və onun istənilən həlli bütün regiona təsir edəcək. Türkiyə üçün isə bu, türk dünyasının birləşməsini, pantürkizmi reallaşdırmaq üçün tarixi şansdır. Bütün Türkiyə siyasi meydanının dəhlizin açılmasının vacibliyindən danışmasının səbəbi də budur”, – o qeyd edib.