Biz heç vaxt Yaxın Şərqdən uzaqlaşmayacağıq və bölgədə Çin, Rusiya və ya İranın dolduracağı bir boşluq buraxmayacağıq.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanının Ciddə şəhərində 9 ərəb ölkəsinin liderlərinin iştirakı ilə keçirilən “Ciddə Təhlükəsizlik və İnkişaf Sammiti”ndə çıxışı zamanı deyib.
O, İranla nüvə müzakirələrinə toxunaraq deyib ki, ABŞ diplomatik səylərini davam etdirəcək, lakin heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Bayden ABŞ-ın bölgədə iştirak etdiyi müharibələrin davam etmədiyini və bu vəziyyətdən qürur duyduqlarını bildirib:
“Bölgədəki heç bir ölkənin hərbi yolla digərini idarə etməsinə icazə verməyəcəyik”.