Yaxın Şərqi bombaladıq, hər şeyi məhv etdik – Tramp

Yaxın Şərqi bombaladıq, hər şeyi məhv etdik – Tramp

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün geri sayım başlayıb.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, seçkilərin ən mübahisəli adı olan Respublikaçı namizəd Tramp Teyker Karlsonun idarə etdiyi proqramda namizədliyi ilə bağlı açıqlamalar verib.

Co Bayden və Kamala Harrisin ölkə demokratiyası üçün böyük təhlükə yaratdığını iddia edən Tramp proqramda ABŞ hökumətinin Yaxın Şərqdə dəstəklədiyi müharibələrlə bağlı təəccüblü etiraflar edib.

“Administrasiyaya görə ölkənin vəziyyəti çox pisləşib. Biz dağılan bir cəmiyyətik”, – deyə o bildirib.

ABŞ hökumətinin 36 trilyonu keçən federal borcuna toxunan Tramp deyib ki, Amerika artıq döyüşmək üçün girdiyi torpaqlardan heç nə əldə edə bilməz:

“Keçmişdə müharibə qazanılanda zəfər qənimətləri var idi, eləmi? Deməli, bir ölkəni məğlub edəndə, o ölkənin üzərində haqqa sahib olursunuz, neftini alırsınız, hər yeri bombalayırsınız, sonra da gedirsiniz. İndi düşünəndə belə çıxır ki, biz həqiqətən nə edirik? Biz Yaxın Şərqi bombaladıq, sonra oranı tərk etdik. Nəyə nail olduq? Heç nəyə. Sadəcə biz hər şeyi məhv etdik”.

Teqlər: