Avstraliya Baş naziri Antonio Albaneze İsrailə səfər etməyəcəyini açıqlayıb.
AzerTimes xəbər verir ki, baş nazir bu barədə ölkə mediasına açıqlamasında bildirib.
“Hazırda Yaxın Şərqə səfər etmək planım yoxdur. Mən şəxsən İsrailin ölkəmizdəki səfiri ilə görüşdüm. Bir sıra fikir mübadiləsi apardıq. Eyni zamanda, Avstraliyadakı İsrail və Fələstin icmalarının liderləri ilə də görüşlər keçirdim. Əsas prioritetimiz Yaxın Şərqdəki gərginliklə bağlı ayrı fikirdə olan nümayəndələr arasında körpü yaratmaqdır”, – baş nazir vurğulayıb.