Koronavirusun “Delta” ştammı Yaxın Şərqdə və Şimali Afrikada yoluxma sayında artıma səbəb oldu. Dünyanın bu hissəsində koronavirusun dördüncü dalğası müşahidə olunur.
AzerTimes-ın məlumatına görə, bu barədə qərb KİV-ləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi Regional Bürosuna istinadən xəbər verib.
Büron direktoru Əhməd əl-Mandxari bildirib ki, xəstəxanaya yerləşdirilən yeni xəstələrinin çoxu peyvənd edilməmiş insanlardır: “Hazırda bölgədə COVID-19-un dördüncü dalğasının şahidiyik”.
“Delta” ştammı indi Mərakeşdən Pakistana qədər bölgənin 22 ölkəsində 15-də qeydə alınıb.