İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah Sisi və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə yanvarın 10-da Aqabada üçtərəfli sammit keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə İordaniya monarxının ofisi məlumat yayıb..
Bildirilib ki, tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki son hadisələri müzakirə edəcəklər.
Yaxın Şərq liderlərinin gözlənilən görüşünün digər təfərrüatı barədə məlumat verilməyib.