Yaxın Şərq böyük fəlakətin astanasındadır – BMT

Yaxın Şərq böyük fəlakətin astanasındadır – BMT

Yaxın Şərq regionu tammiqyaslı münaqişənin astanasındadır və gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir.

AzerTimes xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.

“Bölgədəki insanlar dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb”, – o bildirib.

Teqlər: