Yaxın perspektivdə Azərbaycanın neft-qaz məhsulu ixracının artımı gözlənilir

Yaxın perspektivdə Azərbaycanın neft-qaz məhsulu ixracının
artımı gözlənilir.

Trend-in məlumatına görə, bunu energetika
nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Azərbaycan uzunmüddətli müqavilələr
əsasında qaz ixracını həyata keçirir.

“Azərbaycanda qaz hasilatının artması ilə onun ixracı da, ixrac
potensialı da artır. Aİ ölkələri ilə mövcud müqavilələrimiz
əsasında Azərbaycan qazının bu ölkələrə ixracı artır. Həmçinin,
tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində ölkəmiz üçün yeni
imkanlar açılır, qaz ixracı və onun maliyyələşdirilməsi üzrə bütün
tədbirləri müvafiq konsorsium görür. Bu tədbirlər Azərbaycanın
milli və iqtisadi maraqlarına cavab verir”, – deyə o bildirib.

E.Soltanov yaxınmüddətli perspektivdə də neft-qaz məhsullarının
ixracının artımını qeyd edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: