Yaxın illərdə Türkiyə bu sahədə mühüm addımlar atacaq

Yaxın illərdə Türkiyə bu sahədə mühüm addımlar atacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu ölkə iqtisadiyyatı üçün dəmir yollarının əhəmiyyətinin artmasını bəyan edib.

AzerTimes xəbər verir ki, Uraloğlu İzmirdə çıxışı zamanı Türkiyənin 2028-ci ilədək 1780 kilometr yeni avtomobil və 14 min kilometrədək dəmir yollarının salınacağını planlaşdırdığını bildirib.

Onun sözlərinə görə, Türkiyədə dəmir yollarının ümumi uzunluğunu 28 min kilometrə çatdırmaq planlaşdırılır.

“Yaxın illərdə Türkiyə hökuməti mülki aviasiya sahəsində mühüm addımlar atacaq, lakin nəqliyyat sahəsində əsas diqqət dəmir yollarına ayrılacaq. Məhz bu məsələyə dövlət investisiyaları nəzərdə tutulub. Bu, prioritetdir”, – nazir qeyd edib.

Teqlər: