Yaxın həftələrdə Rusiya və Ukrayna arasında yüksək səviyyəli görüşlər keçirilə bilər – Çavuşoğlu

Yaxın 1-2 həftə içində Rusiya və Ukrayna arasında yüksək
səviyyəli görüşlər keçirilə bilər.

Trend-in
məlumatına görə, bunu Türkiyənin xarici işlər nazir Mövlud
Çavuşoğlu “A Haber” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hər iki ölkənin xarici işlər nazirləri
Sergey Lavrov və Dmitro Kuleba görüşməyə hazır olduqlarını
bildirib.

“Hələlik dəqiq tarix olmasa da, nazirlər 1-2 həftə ərzində
görüşə biləcəklərini bildirmişdi. Əgər hər hansı bir razılıq əldə
olunarsa, liderlərin də görüşünü təşkil etmək mümkündür”, – deyə
M.Çavuşoğlu bildirib.

Teqlər: