Xəbər - Elçin Mehdiyev – Trend:
Şəhid ailə üzvlərinin istehlak kreditlərinin silinməsi ilə bağlı danışıqlar artıq yekun mərhələdədir.
Bunu AzerTimes-ın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, yaxın günlərdə bu kreditlərin bağlanması həyata keçiriləcək.
E.Hüseynov əlavə edib ki, bu günə qədər 100-dən artıq şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı onların bank hesablarına vəsait köçürülüb.