Yaxın 20 ildə Xəzərin dörddə biri quruya bilər – Sadiqi

Yaxın 20 ildə Xəzərin dörddə biri quruya bilər – Sadiqi

Xəzər dənizinin İran sahillərində suyun səviyyəsinin azalması narahatlıq doğurur.

AzerTimes xəbər verir ki, bunu İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının idarə rəisi Ümid Sadiqi İSNA-ya müsahibəsində bildirib.

“Yaxın 20 ildə dənizin dörddə biri quruya bilər. Xəzəryanı ölkələr bu məsələyə həsssas yanaşmalıdırlar. Xəzərə tökülən suyun 5 faizi İran çaylarının, 85 faizi isə Volqa çayının payına düşür. Nəticədə bizim Rusiya ilə daha çox qarşılıqlı fəaliyyətdə olmağımız və bunu koordinasiya etməyimiz lazımdır. Qazaxıstan və Azərbaycanın da Xəzərə tökülən çayları var və biz bu ölkələrlə də işləməliyik. Xəzərin səviyyəsinin enməsi çox vacib və həssas bir məsələdir”.

Teqlər: