Yaxın 2 gün ərzində ölkə ərazisində temperaturun tədricən
yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən xəbərə görə, martın
26-sı saat 12:00-a olan məlumata əsasən dünən axşam Culfa, Ordubad,
Quba, Xaçmaz, Qusar, Qrız, Yardımlı, Şabran, Bakıda və Abşeron
yarımadasında Bakı, Maştağa, Çilov adasında 1.0 -2.0 mm-dək
müşahidə olunan az yağıntı 26-sı səhər tədricən kəsilib, əksər
rayonlarda əsasən yağmursuz keçib.
Qar örtüyü tədricən əriyib və hal-hazırda belədir: Sarıbaşda (Qax)
55 sm, Lerikdə 52 sm, Altıağacda 29 sm, Ağdərədə (Ordubad) 26 sm,
Yardımlıda 23 sm, Kişçay (Şəkidə) 14 sm, Xaltan, Daşkəsəndə 12 sm,
Qrızda 11 sm, Göygöldə 6 sm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5°-dək
isti, Naxçıvan MR-da 6°-dək şaxta, dağlıq rayonlarda 10°-dək şaxta,
aran rayonlarında 6°-dək isti olub.