Yaxın 10 ildə Rusiya ilə müharibə apara bilərik – Oçepa

Yaxın 10 ildə Rusiya ilə müharibə apara bilərik – Oçepa

Polşada yaxın 10 ildə Rusiya ilə müharibənin mümkün ola biləcəyi dilə gətirilib.

AzerTimes xəbər verir ki, bu bəyanatla Polşa müdafiə nazirinin müavini Marçin Oçepa çıxış edib.

“Rusiya ilə 3 ildən 10 ilə qədər olan müddətdə ciddi müharibə riski yaranıb. Biz bu vaxtdan Polşa ordusunu mümkün qədər yenidən silahlandırmaq üçün istifadə etməliyik”, – deyə dövlət rəsmisi yerli “Dziennik Gazeta Prawna” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Polşa tarixin ən iddialı silahlanma proqramını həyata keçirir.

“Biz “Abrams” və “K2” tankları, “Krab” və “K9” haubitsaları, HİMARS raket və artilleriya sistemləri, kəşfiyyat və rabitə peykləri, Hərbi Dəniz Qüvvələri üçün raket freqatları, pilotsuz təyyarələr alırıq”, – deyə Marçin Oçepa qeyd edib.

Oçepa Polşa ordusunun sayını 300 minə çatdırmağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Teqlər: