Hər zaman qardaş Azərbaycanın yanındayıq.
AzerTimes Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu XİN başçısının müavini Yavuz Səlim Kıran Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədovla görüşündə deyib.
Qeyd edilir ki, görüşdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.
“Can Azərbaycanın Ankara səfiri, dəyərli qardaşım Rəşad Məmmədovla regional prosesləri və ortaq gündəmimizdəki mövzuları müzakirə etdik. Xoş ziyarətinə və xoş arzularına görə ona təşəkkür edirəm.
Hər zaman qardaş Azərbaycanın yanındayıq”, – Türkiyənin xarici işlər nazirinin müavini bildirib.