Yatmazdan əvvəl niyə çay içmək olmaz ?

Yatmazdan əvvəl niyə çay içmək olmaz ?

Çay çox faydalı içkidir. Lakin çaydan fayda almaq üçün onu düzgün dəmləmək və içmək lazımdır.

Bir çox mütəxəssislər yatmazdan əvvəl çay içməyi tövsiyə etmirlər.
Bunun bir neçə səbəbi var:

1. Tərkibində kofein olan çay sinir sisteminə qıcıqlandırıcı təsir edir ki, bu da yuxuya getməyə mane olacaq.

2. Çay sidkqovucu təsirə malikdir ki, bu da yaxşı gecə yxusuna mane ola bilər.

3. Yuxu zamanı insan orqanizmində susuzlaşma inkişaf edir. Məhz bu səbəbdən mütəxəssislər səhər oyandıqdan dərhal sonra 1 stəkan su içməyi tövsiyə edirlər. Sidikqovucu təsiri olan çay susuzlaşmanı daha da artıracaq. Susuzlaşma orqanizm üçün çox ziyanlıdır – qan qatılaşır, damarlarda trombların əmələ gəlməsi riski artır və s.

Alimlərin fikrinə görə, yatmazdan 30-40 dəqiqə əvvəl 1 stəkan su içmək lazımdır. Bu sadə qayda ürək tutması, infarkt və insultun riskini azaldır.