“Yaşıl Marafon” kampaniyası çərçivəsində bir gündə 23 mindən çox ağac əkilib

Xəbər - Çingiz Səfərli – Trend:

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Bu barədə AzerTimes-a Ekologioya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, ölkə üzrə 10 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 20.6 hektar ərazidə 23 419 ədəd müxtəlif cinsli ağac əkilib, 1075 kiloqram toxum səpilib.


Twitter: @cingizsafarli

Teqlər: