“Yaşıl Marafon” çərçivəsində Qubada meşəsalma aksiyası keçirilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən
“Yaşıl Marafon” çərçivəsində ölkənin açıq meşə fondu torpaqlarında
genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir.

Belə ki, aprelin 14-də ekokönüllülərin iştirakı ilə Quba
Regional Meşə Təsərrüfatı Mərkəzinin Alpan meşəbəyliyi ərazisində
olan açıq sahədə 1650 ədəd ağcaqayın tingi əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən
kampaniya zamanı yaz-payız əkin mövsümlərində ölkənin açıq meşə
fondu torpaqlarının 1000 hektar ərazisində meşəcinsli ağacların
əkilməsi, toxumların səpilməsi və meşəbərpa tədbirlərinin
keçirilməsi nəzərdə tutulur.

Təşəbbüsün əsas məqsədi meşə sahələrini artırmaq, ağac
əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən
ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların
qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Ölkə üzrə yeni meşələrin salınması üzrə keçiriləcək
genişmiqyaslı ağacəkmə tədbirləri, eyni zamanda, istixana qazı
tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü
öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz
töhfəsini verəcək.

Teqlər: